Əjdər Ol (Cəbiyev Əjdər Feyzulla oğlu) 1958-ci il avqustun 17-də Azərbaycan Respublikasının Qazıməmməd şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır. (1975-1979) Daha sonra hüquqşünas, iqtisadçı ali təhsillərinə yiyələnmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. (1979-1985), “İşıq” nəşriyyatında korrektor, kiçik redaktor (1986-1988), Yazıçıların Yaradıcılıq Evində direktor müavini (1988-1990), Bədii Ədəbiyyatın Təbliği Bürosunda direktor müavini (1990-1992), Azərbaycan Respublikasının Prezidenti Aparatının Milli siyasət şöbəsində məsləhətçi (1992-1994), “Şur” nəşriyyatında Baş redaktor (1994), Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Mətbuat xidməti və protokol bölməsinin rəisi (1994-2002), Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının rəhbəri (2002-2013), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri (2013-2018) vəzifələrində çalışmışdır. 2007-ci ildə Respublika Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Bədii yaradıcılığa keçən əsrin 80-ci illərindən başlamışdır. “Dünənim də belə keçdi”, “Necə sevməyəsən?!” adlı ilk şeirləri “Azərbaycan” jurnalında (1981, N 9) çap ediləndən sonra ölkə daxilində, xaricdə almanax, jurnal və qəzet səhifələrində orijinal və məzmunlu, bədii dəyərli poetik, publisistik, nəsr və dram əsərləri ilə müntəzəm çıxış edir. “Molla Nəsrəddin və Əmir Teymurun filləri” komediyası 2005-ci ildə Dövlət Gənclər Teatrında, “Son məktub” pyesi 2007-ci ildə Dövlət Milli Akademik Dram Teatrında, “Kimyagər” pyesi 2012-ci ildə Dövlət Akademik Musiqili Teatrda, “Biri vardı, biri yox…” pyesi isə 2015-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. Tamaşalara əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov quruluş vermişdir. 2000-2008-ci illərdə Azərbaycan Televiziyasında “Gülüstan” ədəbi verilişinin yaradıcısı və aparıcısı olmuşdur. Ssenariləri əsasında “Azərbaycanfilm”in “Debüt” studiyasında “Usta Yusifin kamançası”, “Ayaqqabı əməliyyatı” qısametrajlı bədii filmlər çəkilmişdir. (Hər iki filmin quruluşçu rejissoru Ruslan Hüseynov, bədii rəhbəri Xalq artisti Eldar Quliyev dir) “Qatillə görüş”(2016) bədii filminin ssenari müəllifidir ( Quruluşçu rejissor Ruslan Hüseynovdur) . Ədəbiyyat sahəsində “Əli və Nino” Kitab Nəşrləri Evinin Beynəlxalq kitab (“Portret hekayələr” nəsr kitabına görə, 2010), Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl Kəlmə” (“Yaşa” şeirlər kitabına görə, 2011), Mahmud Kaşqari adına beynəlxalq (“Hərbi səhra komandirinin meymunu” hekayədinə görə 2012) mükafatlarına layiq görülmüşdür. Türkiyədə, Almaniyada, Rusiyada, Moldovada, İranda, Polşada, Gürcüstanda kitabları nəşr edilmişdir. Beynəlxalq ədəbi festivallarda, yığıncaqlarda iştirak etmişdir.
Çap edilmiş kitabları:
“Gələcəkdə yaşayıram”. Bakı “Yazıçı” 1987
“Alın yazıma düzəliş”. Bakı “Gənclik” 1991
“Səsindən tanınan”. Bakı “Şur” 1993 “Müdriklik anları”. Bakı “Şirvannəşr” 1996
“İndidən...” Bakı “Təbriz” 1996 “Əjdər Olun kitabı”. (I kitab) Bakı “Şirvannəşr” 1996
“Beş-on şeir”. Bakı “Şirvannəşr” 1996 “Hamı sənə “can” deyir”. Bakı “Şirvannəşr” 2000
“Könül vuruşu”. Bakı “Çaşıoğlu” 2000 “Əjdər Olun kitabı” (II kitab). Bakı “Şirvannəşr” 2000
“Canlı lətifələr, əhvalatlar, deyimlər”. Bakı “Xəzər”
2004 “Günəbaxan zəmisi”. Bakı “Adiloğlu” 2006
“Ölümlə zarafat”. Bakı “Adiloğlu” 2007 “Günəbaxan zəmisi”. Təbriz (İran) “Əxtər” 2007
“Живу в будущем”. Bakı “Nurlar” 2008
“Əjdər Olam...” Bakı “Nurlar” 2008 “Qrafoman”. Bakı “Mütərcim” 2009
“Portret hekayələr”. Bakı “Əli və Nino” 2010
“Komutanın maymunu”. Ankara (Türkiyə) “Bengü” 2010 “Qrafoman” (hekayələr). Vroslav (Polşa)
“ATUT” 2010 “Yaşa”. Bakı “Nurlar” 2010 “Habil Əliyev ucalığı” Tehran 2011
“Tütün limanı” “Qanun” 2012 “Meister Yusufs kemence”(almanca) “Winterwork” 2013
“Ejder Olun kitabı” Türkiyə, “İQ Kültür sanat
yayıncılıq” Nəşrlər Evi 2014 “Ölümlə oyun” Türkiyə, “İQ Kültür sanat yayınçılıq”
Nəşrlər Evi 2014 “Табачная гавань” “Nurlar” 2016 “Das sonnenblumenfeld”
(almanca) “Winterwork” 2016 “Крылатые слова, изречения, эпизоды из жизни наших
знаменитых и рядовых современников” “Художественная
литература” 2016
“Molla Nəsrəddin və Əmir Teymurun Filləri” “Alatoran”
2017 “Qəzənfər müəllimgilin Şuşuya yürüşü” “ATV Kitab – Hədəf
Nəşirləri” 2017 “ Es gibt viele dinge zum lachen” (almanca) “Pem Verlag”
2018 “Maimuta comandantului de campanie” (rumınca) “Tipo
Moldava” 2018 “Tütün limanı” Türkiyə, “Turay Kitab yayıncılıq 2019 və
sair. “Lo“ (canlı roman),” Qanun”nəşriyyatı , 1 nəşr 2019, 2
nəşr 2020. “Lo” (canlı roman) (almanca), Epubli&Pem, Köln, Almaniya
2022. “Kan ışığı“ (canlı roman) Türkiyə, Türk Edebiyyatı
Vakfı, 2022. "Bir yaz hekayəsi" Səid Faiq Əbasıyanıq (tərcüməçi -
Əjdər OL), Bakı, "Alatoran", 2021 "Sakarya balıqçısı" Səid Faiq Əbasıyanıq (tərcüməçi -
Əjdər OL), Bakı, "Alatoran", 2021 "Rübailər" Zəhirəddin Məhəmməd Babur (tərcüməçi - Əjdər
OL), Bakı, "Mücrü", 2023 “Kan ışığı” Əjdər OL (türkcəyə çevirən İmdat Avşar),
İstanbul, 2022 və 2023-cü il nəşrləri
Çevirmələri:
“Latış xalq nağılları”. Bakı “Azərnəşr” 1990
“Latış daynları”. Bakı “Şirvannəşr” 1998 “Qumuq atalar sözləri”. Bakı “Şirvannəşr” 2 000 Maqvala Qonaşvili
“Məndən arxayın olun”. Bakı “Mütərcim” 2009
Sait Faik Abasıyanık “Bir yaz hekayəsi” hekayələr, ”Alatoran”, 2021.
Sait Faik Abasıyanık “Sakarya balıkçısı”, hekayələr,” Alatoran”, 2021.
Zəhirəddin Məhəmməd Babur “Rübailər” ( özbək dilindən tərcümə), ”Mücrü”,
2023.
|